Yandex watch
Bu orqanında problem olanlara

Müəyyən xəstəliklər zamanı pomidor istehlakından çəkinmək lazımdır.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu barədə diyetoloq və terapevt Olqa Luşnikova NEWS.ru-ya verdiyi müsahibədə məlumat verib.

Onun sözlərinə görə, bəzi insanlarda pomidor yemək allergik reaksiyalara səbəb ola bilər. Bu, bəzən dəridə qaşınma, pətək, gözlərin sulanması kimi əlamətlərlə özünü göstərir. Eyni zamanda, həkim qeyd edib ki, mədə-bağırsaq xəstəlikləri olanlar üçün də pomidor təhlükəli ola bilər. "Pomidorda çoxlu üzvi turşular var. Bu maddələr qastrit, mədə xorası və onikibarmaq bağırsaq xorası olan şəxslərdə narahatlıq, ürək yanması, mədədə ağırlıq və xəstəliklərin kəskinləşməsi ilə nəticələnə bilər", – deyə Luşnikova bildirib.

O əlavə edib ki, sidik daşları xəstəliyindən əziyyət çəkənlər də pomidor istehlakına diqqətli yanaşmalıdırlar. Çünki pomidorda oksalat turşusu və yüksək miqdarda C vitamini mövcuddur və bu maddələr xəstəliyin inkişafını sürətləndirə bilər.

Terapevt həmçinin vurğulayıb ki, bəzi insanlar üçün pomidorun tərkibindəki lif və üzvi turşular həzm pozğunluqlarına – şişkinlik, qaz, boş nəcis və digər narahatlıqlara səbəb ola bilər.

Ən önəmlisi isə, Olqa Luşnikovanın sözlərinə görə, öd kisəsində daş olan şəxslər üçün pomidor yemək qətiyyən tövsiyə olunmur.

Könül Oruc

E-saglam.az