Sivasın dağlarında təbii şəkildə yetişən və iki ildən bir meyvə verən kürəkən meyvəsi (Rowan), sağlamlığa faydaları ilə diqqət çəkir. Bu xüsusi meyvənin kilosu 100 TL-ə satılır və istifadə üçün yetişdikdən sonra çürüməsi gözlənilir.
E-saglam.az xəbər verir ki, çürük halda istehlak edilən meyvənin bir çox xəstəliklərə yaxşı təsir etdiyi düşünülür.
Sağlamlığa təsirləri
Kürəkən meyvəsi ürək-damar sağlamlığı, həzm problemləri və dəri xəstəlikləri üçün müalicəvi xüsusiyyətlərə malikdir. Həmçinin, qan təzyiqini tənzimlədiyi və qadın xəstəliklərinə qarşı faydalı olduğu vurğulanır. Bu təbii "şəkər dərmanı" olaraq bilinən meyvə, tıxanmış damarları açmaqda da təsirli ola bilər.
İstifadə qaydası
Bu meyvənin yetişməsi və istifadəsi maraqlı bir prosesdən keçir. Avqust və sentyabr aylarında yığıldıqdan sonra təbii şəkildə çürüməyə buraxılır. Çürük halında istehlak edildikdə onun müalicəvi təsiri daha güclü olur. Meyvə, xüsusilə də həzm sisteminə və ishal hallarına qarşı istifadə edilir.
Sivasın yerli bazarlarında kilosu 100 TL-dən satılan bu meyvə tələbat çox olduğu üçün qısa müddət ərzində bitir. Meyvənin yığılması və təmizlənməsi çətin olduğundan qiyməti də nisbətən yüksəkdir. Satışlar əsasən noyabr-yanvar aylarında həyata keçirilir.
Sivasda "kürəkən meyvəsi" adı ilə tanınan bu meyvə həm şəfa məqsədli, həm də nostalji üçün alınır. Uşaqlıq illərini xatırlamaq istəyənlər və təbii müalicə üsulları axtaranlar arasında bu meyvəyə xüsusi maraq var.
İki ildən bir yetişən və xüsusi qayğı tələb edən bu meyvə, təbiətin insanlara bəxş etdiyi nadir şəfa mənbələrindən biridir. Yetişmə mövsümündə onu əldə edib faydalarından yararlanmaq üçün doğru vaxtı qaçırmamaq vacibdir.
Tərcümə: Könül Oruc