Faydalı
Bu ikili beynin ayrılmaz dostuna çevriliblər:
Faydalı

Bu ikili beynin ayrılmaz dostuna çevriliblər: Yaddaşı gücləndirir, intellekti artırır

E-saglam.az xəbər verir ki, diyetoloq Beyza Tağrafın sözlərinə görə, bu təbii birləşmələr sinir hüceyrələrini qoruyur və Alzheimer kimi xəstəliklərin qarşısının alınmasında mühüm rol oynayır.

Zəncəfil kökündən əldə edilən curcumin, güclü antiinflamatuar və antioksidant xüsusiyyətləri ilə tanınır. O, beyində beta-amiloid lövhələrinin yığılmasının qarşısını alaraq Alzheimer xəstəliyinə səbəb olan neyronal iltihabın artmasına mane ola bilər. Eyni zamanda oksidləşdirici stressi azaldaraq sinir hüceyrələrini qoruyur və beyin funksiyalarını gücləndirir.

Qara bibərdə olan piperin, curcuminin udulmasını artıraraq təsirini gücləndirir. Sinir hüceyrələrinə antiinflamatuar təsir göstərərək onların sağlam qalmasına kömək edir. Neyron iltihabını azaldaraq beynin uzunmüddətli funksionallığını qoruyur.

Curcumin və piperin yaddaşı möhkəmləndirir, öyrənmə qabiliyyətini artırır və psixi sağlamlığa müsbət təsir edir. Bu ikili xüsusilə yaşlanma ilə bağlı nevroloji xəstəliklərin qarşısını almaq və beyin funksiyalarını qorumaq üçün əvəzolunmazdır. Mütəxəssislər onları gündəlik rasiona daxil etməyi tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun