Tibbi xəbərlər
Bu hallarda COVID sertifikatının verilməsindən İMTİNA EDİLƏCƏK
Tibbi xəbərlər
222

Bu hallarda COVID sertifikatının verilməsindən İMTİNA EDİLƏCƏK

COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb.

E-saglam.az-ın məlumatına görə, Nazirlər Kabinetinin “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarına əsasən, COVID sertifikatı müraciət edən şəxs fərdi, o cümlədən sağlamlığının vəziyyəti barədə məlumatlarının ötürülməsinə və yayılmasına razılıq vermədikdə, müraciət edən şəxsin səlahiyyətli nümayəndəsi müraciət edən zaman onun səlahiyyətli nümayəndə olduğu barədə məlumatlar Portalda göstərilmədikdə, COVID sertifikatını formalaşdırmaq üçün tələb olunan fərdi və ya sağlamlıq vəziyyəti barədə məlumatlar olmadıqda COVİD sertifikatı verilmir.

Fərdi və ya sağlamlıq vəziyyəti barədə məlumatların olmaması səbəbindən COVID Sertifikatının verilməsindən imtina edilməsi barədə bildiriş avtomatik olaraq Portal vasitəsilə müraciət edən şəxsə göndərilir. Şəxsin istəyi ilə həmin bildiriş tibb müəssisəsi tərəfindən kağız daşıyıcıda verilə bilər.

Qeyd edək ki, şəxs və ya onun səlahiyyətli nümayəndəsi COVID Sertifikatı almaq üçün E-TƏBİB və ya Elektron Hökumət İnformasiya Sisteminin MyGov platforması (Portal) vasitəsilə sertifikatın əldə olunması üçün müraciət etməlidir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun