Xəstəliklər
Bu dərmana görə uşaqlar gec danışmağa başlayır
Xəstəliklər
333

Bu dərmana görə uşaqlar gec danışmağa başlayır

Hamiləlik zamanı parasetamolun qəbulu ziyansız sayılır. Lakin son araşdırma bu iddianı şübhə altına salıb.

E-saglam.az The Mirror-a istinadla xəbər verir ki, İsveç alimləri 8-13 həftə hamiləliyi olan 754 qadına və daha sonra 2,5 il ərzində onların dünyaya gətirdiyi uşaqlara nəzarət ediblər.

Araşdırma zamanı alimlər fikir veriblər ki, hamiləliyin ilk 3 ayı ərzində 6 dəfə və bundan çox parasetamol həbini qəbul edən qadınların uşaqları daha tez-tez nitq problemləri ilə üzləşib. Bu uşaqlarda nitq inkişafının geriliyi müşahidə olunurdu.

Maraqlıdır ki, oğlanların nitq inkişafına ananın hamiləlik zamanı parasetamolun qəbulu təsir etmirdi. /Saglamolun.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun