Bu 5 yeməyi bişirdikdən sonra
Bu 5 yeməyi bişirdikdən sonra

Bişirildikdən sonra isidilməməsi gərək 5 qida.

E-saglam.az xarici mediaya əsasən həmin qidaların siyahısını təqdim edir: 

İspanaq

Qızdırıldıqda ispanağın tərkibindəki nitrat yüksək temperatura məruz qaldığı üçün nitritə çevrilir. Bu ispanaqı olduqca təhlükəli edir.

Düyü

Düyü bişdikdən sonra otaq temperaturunda 1 saata qədər qala bilər. Əks halda, bakteriya böyüməsi baş verə bilər. Soyuducuda qaldıqca bakteriyalar çoxalır və zəhərli təsirlər yaranır. Bundan əlavə, düyü yenidən qızdırıldıqda, tərkibindəki nişastanın miqdarı artır. Həzmi çətinləşir.

Göbələk

Göbələk yenidən qızdırıldıqda qarın ağrısı və şişkinliyə səbəb olur, çünki qızdırılan zaman qida tərkibi dəyişir.

Toyuq

Salmonella bakteriyası toyuq üçün təhlükədir. Toksinlərin çoxalmasının qarşısını almaq üçün yenidən qızdırmaq tövsiyə edilmir.

Yumurta

Yumurta ikinci dəfə qızdırıldıqda toksinlər çıxarmağa başlayır. Bu da sağlamlıq üçün təhlükəlidir. 

Könül Oruc

E-saglam.az