Əczaçı Sofiya Orteqa dörd sinif dərmanı qəhvə ilə birləşdirməməyi məsləhət gördü, çünki bu kombinasiya ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
E-saglam.az xəbər verir ki, Orteqanın sözlərinə görə, qəhvə tiroid dərmanları ilə birləşdirilməməlidir, çünki içki onların təsirini azaldır.
Mütəxəssis xəbərdarlıq edib ki, ruhi xəstəliklər üçün dərmanların qəhvə ilə birləşdirilməsi də təhlükəlidir: "Bu dərmanları qəhvə ilə qəbul etmək içkidəki taninlər səbəbindən onların udulmasını yavaşladacaq. Bu, dərmanların gözlənilən təsirini dəyişdirə və bədənin reaksiyasına təsir göstərə bilər".
Əczaçı əlavə edib ki, bundan əlavə, içki hipertoniya dərmanlarının düzgün işləməsinə mane olur, çünki kofein stimullaşdırıcıdır və əksinə, onu artırır.
O qeyd edib ki, doğum nəzarət həblərini qəhvə ilə qarışdırmaq kofeinin daha yavaş metabolizə olunmasına səbəb olacaq. Buna görə də, o əlavə edib ki, içkinin narahatlıq, baş ağrısı və yuxusuzluq kimi yan təsirləri riski artır.
Tərcümə: Könül Oruc