Qidalanma
Böyrəklərinizi "Qızıl" kimi qoruyan
Qidalanma
213

Böyrəklərinizi "Qızıl" kimi qoruyan qidalar

Böyrəklər gün ərzində qanı süzən, toksinləri təmizləyən və bədən tarazlığını qoruyan ən vacib orqanlardan biridir.

E-saglam.az xəbər verir ki, lakin yüksək duz istehlakı, emal olunmuş qidalar və qeyri-sağlam qidalanma böyrəklərin yükünü sürətlə artırır. Mütəxəssislər bildirirlər ki, doğru qidalanma böyrəklər üçün sadəcə faydalı deyil, həm də onları qoruyan həyati bir sipərdir.

Mütəxəssislərin “duz çalxalayıcısını süfrədən götürün” çağırışı da təsadüfi deyil. Sarımsaq iltihab əleyhinə təsiri ilə damar sağlamlığını qoruyur, soğandakı kversetin isə böyrək toxumasının bərpasına kömək edir.

Qırmızı bolqar bibəri aşağı kalium tərkibi və bol C vitamini ilə böyrəklər üçün ən təhlükəsiz tərəvəzlərdən sayılır. Kələm isə fitokimyəvi maddələri sayəsində bədəni sərbəst radikallardan təmizləyərək əlavə qoruma yaradır.

Meyvələr də bu müdafiə xəttinin bir parçasıdır. Almanın lif və pektinlə zəngin tərkibi qan şəkərini və xolesterolu tarazlaşdırır, böyrəklərin iş yükünü azaldır. Qaragilə isə güclü antioksidanları ilə böyrəklərdə iltihab riskini azaldır.

Mütəxəssislərin üzərində dayandıqları əsas qayda isə dəyişməzdir: kifayət qədər su içmək. Su böyrəklərin süzgəc funksiyasının normal işləməsi üçün ən vacib amildir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun