Xəstəliklər
Bu böyrək xəstəliyi ailəvi ola bilər - DİQQƏT
Xəstəliklər

Bu böyrək xəstəliyi ailəvi ola bilər - DİQQƏT

Baş verən bütün xəstəliklərin genetik səbəbli olduğu tibbə məlumdur.

E-saglam.az xəbər verir ki, böyrəklərdə baş verən polikistoz xəstəliyi də ən çox rast gəlinən və ailəvi xarakter daşıyan xəstəliklərdəndir. Belə ki, bu xəstəliyin diaqnozu qoyulan adamın ailəsində mütləq həmin xəstəlikdən başqa ailə üzvündə də aşkar edilir.

Böyrəyin polikistozu böyrək toxumasının kistalarla əvəz olunması ilə xarakterizə olunur. Xəstəlik əsasən hər iki böyrəkdə baş verir. Polikistoz zamanı böyrəklərdə müxtəlif ölçülərdə kistalar müşahidə edilir. Kistaların sayı artdıqca böyrəyin nefron təbəqəsi öz strukturunu pozur. Xəstəlik irəlilədikcə böyrəklərin funksiyası pozulur və böyrək çatışmzlığı inkişaf edir.

Yuxarıda yazılanların baş verməməsi üçün mütəxəssislər böyrək polikistozu diaqnozu qoyulan xəstənin bütün ailə üzvlərinin yoxlanmasını tələb edir. Polikistoz diaqnozu qoyulan xəstələrdə narahatçılıq hissi olmasa belə o, ən azı 3 aydan bir müayinə olunmalı və həkim yoxlamasından keçməlidir.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun