Faydalı
Böyrək dostu, lif və antioksidantlarla
Faydalı

Böyrək dostu, lif və antioksidantlarla zəngin qidalar

E-saglam.az xəbər verir ki, qırmızı bibər A və C vitaminləri ilə zəngindir və böyrək hüceyrələrini qoruyaraq iltihabın qarşısını alır. Kələm fitokimyəvi maddələr və liflə doludur, oksidləşdirici stressi azaldaraq həzm sisteminə müsbət təsir göstərir.

Sarımsaq və soğan təbii antiinflamatuar xüsusiyyətlərə malikdir, böyrəklərin yükünü azaldır, qan dövranını yaxşılaşdırır və infeksiyalardan qoruyur. Gül kələmi isə tərkibindəki antioksidantlar sayəsində böyrək funksiyasını dəstəkləyir və toksinlərin toplanmasının qarşısını alır.

Qaragiləmeyvə və alma böyrəkləri oksidləşdirici stressdən qoruyur, toksinləri bədəndən xaric etməyə kömək edir və immunitet sistemini gücləndirir. Yağlı balıqlar isə omeqa-3 yağ turşuları ilə zəngindir, qan təzyiqini tənzimləyərək böyrək funksiyasını qoruyur.

Bu qidaların pəhrizə əlavə edilməsi böyrəklərin sağlam qalmasına və uzunmüddətli problemlərin qarşısının alınmasına kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun