Xəstəliklər
Böyrək daşı xəstəliyindən 45% qoruyan UCUZ MEYVƏ
Xəstəliklər
272

Böyrək daşı xəstəliyindən 45% qoruyan UCUZ MEYVƏ

Amerika Nefroloqlar Cəmiyyəti mütəxəssislərinin fikrinə görə, adi alma böyrəklər üçün “meqa-faydalı” məhsuldur.

E-saglam.az xəbər verir ki, alimlərin müşahidələrinə görə, tez-tez alma yeyən insanlarda böyrək daşı xəstəliyinə bu meyvəni xoşlamayan və nadir hallarda yeyən insanlarla müqayisədə 45% daha az rast gəlinir.

Mütəxəssislərin fikrinə görə, bunun səbəbi almanın tərkibində çoxlu miqdarda olan pektindir. Pektinin bir çox faydalı xüsusiyyətləri var: qanda şəkər və xolesterinin səviyyəsini aşağı salır, bağırsağın sağlamlığını qoruyur, piylənmənin riskini azaldır.

Mütəxəssislər hər gün 1-2 alma yeməyi tövsiyə edirlər. (Saglamolun.az)

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun