Faydalı
Bitmək bilməyən soyuqluğun dərmanı bu oldu -
Faydalı

Bitmək bilməyən soyuqluğun dərmanı bu oldu - Sadəcə iki məhsulu birləşdirin

Uzun müddət davam edən və heç bitməyən soyuqluğun dərmanı tapıldı.

E-saglam.az xəbər verir ki, arılar tərəfindən çiçəklərdən toplanan və "dünyanın ən sağlam fermenti" kimi tanınan bal, orqanizmə verdiyi saysız-hesabsız faydaları ilə qış günlərində şəfa mənbəyinə çevrilir. İmmunitet sistemini gücləndirməsi və xəstəliklərdən qoruyucu təsiri ilə seçilən bal tək başına da olsa bir çox xəstəliklərin müalicəsinə kömək edir. Bununla belə, balın faydaları düzgün maddələrlə birləşdirildikdə daha təsirli ola bilər. Bu maddələrdən biri də çili bibəridir...

Çili bibərinin tərkibində olan kapsaisin orqanizmi qızdıraraq maddələr mübadiləsini sürətləndirir. Bundan əlavə, çili bibəri ağrı kəsici xüsusiyyətlərə malikdir. Soyuq qış günlərində orqanizmi isitmək və immunitet sistemini dəstəkləmək üçün ideal seçimdir. Çili bibərinin bu güclü xüsusiyyətləri, bal ilə birləşdirildikdə, faydalı sağlamlıq qarışığı yaradır.

Bal antioksidan xüsusiyyətləri ilə tanınır və boğazı sakitləşdirməyə kömək edir, həmçinin immunitet sistemini gücləndirir. Çili bibəri maddələr mübadiləsini sürətləndirir, bədəni qızdırır və ağrıları aradan qaldırır. Bu iki təbii komponentin birləşməsi, xüsusilə soyuqdəymə, boğaz ağrısı və mədə problemləri kimi vəziyyətlərdə təbii dəstək kimi istifadə edilə bilər.

Necə istifadə etməli?

Bal və çili bibər qarışığının hazırlanması olduqca sadədir. Bir çay qaşığı bala bir neçə parça çili bibəri əlavə edin (miqdarı öz istəyinizə görə tənzimləyə bilərsiniz. Bu qarışığı qarışdıraraq birbaşa istehlak edə bilərsiniz. Balın şirinliyi və çili bibərinin kəskinliyi bir araya gəldikdə, sağlamlığınıza bir çox cəhətdən fayda verəcək mükəmməl təbii vasitə ortaya çıxır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun