Yandex watch
Bir narsist tərəfindən sui-istifadə edildiyinizi göstərən

Narsistik şəxslər özlərini şişirdilmiş özünə inam, empatiya çatışmazlığı və manipulyasiya ilə büruzə verirlər. Onlar qurbanlarını emosional nəzarətdə saxlamaq üçün qaz işıqlandırma, sevgi bombası və proyeksiya kimi taktikalar tətbiq edirlər.

Emlakbazari.az

E-saglam.az bu cür sui-istifadəyə məruz qaldığınızı göstərən əsas əlamətləri təqdim edir:

Sevgi bombası – Narsist əvvəlcə sizə həddindən artıq diqqət və sevgi göstərə bilər. Lakin bu, sizi asılı hala salmaq üçün bir manipulyasiya üsuludur.

Gaslighting – O, öz zərərli davranışlarını inkar edir, sizi yalan danışmaqda ittiham edərək özünüzdən şübhələnməyə vadar edir.

Sərhədlərə hörmətsizlik – Narsist sizin şəxsi sərhədlərinizi görməməzliyə vurur, onları pozmağa çalışır və sizi mübahisələrin içinə çəkir.

DARVO taktikası – "İnkar et, Hücum et, Tərs Qurban, Cinayətkar" prinsipi ilə sizi günahlandıraraq məsuliyyətdən yayınır.

Daimi tənqid və aşağılama – Xarici görünüşünüzdən davranışınıza qədər hər şeydə sizi tənqid edərək özünüzü qeyri-kafi hiss etməyinizə səbəb olur.

Məsuliyyəti başqasına yükləmək – Öz pis davranışlarına görə sizi günahlandırır, haqlı olduğunuz halda sizi həssaslıqda ittiham edir.

Qeyri-müəyyənlik mühiti yaratmaq – Narsist qeyri-müəyyənliyi idarəetmə vasitəsi kimi istifadə edərək sizi emosional gərginlikdə saxlayır.

Narsistlərin təsirindən qurtulmaq mümkündürmü?

Bəli. Əsas addım, günahkarlıq hissindən azad olmaq və güclü sərhədlər qoymaqdır. Peşəkar dəstək almaq və öz dəyərinizi yenidən qurmaq bu prosesdə önəmlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az