Psixologiya
Bipolyar pozğunluq riskini azaltmaq üçün sadə üsul
Psixologiya

Bipolyar pozğunluq riskini azaltmaq üçün sadə üsul tapılıb

Omeqa-6 yağ turşuları bipolyar pozğunluq riskini azalda bilər.

E-saglam.az xəbər verir ki, Cənubi Avstraliya Universiteti tərəfindən aparılan yeni bir araşdırma omeqa-6 yağ turşularının bipolyar pozğunluğun inkişaf riskini azalda biləcəyini göstərir.

Tədqiqatçılar 14 296 avropalının qanında olan 913 müxtəlif molekulu araşdırmaq üçün Mendel randomizasiyası adlı metoddan istifadə ediblər. Onlar kəşf ediblər ki, bu molekullardan 33-ü, ilk növbədə bipolyar pozğunluq riski ilə əlaqələndirilir. Xüsusilə, müəyyən omeqa-6 yağ turşularının yüksək səviyyələrinin bipolyar pozğunluq riskini azalda biləcəyini, aşağı səviyyələrin isə riski artıra biləcəyini müəyyən ediblər.

Ət və dəniz məhsullarında olan araxidon turşusu bipolyar pozğunluq riskinin aşağı olması ilə əlaqələndirilir. Araxidon turşusu bədəndə qoz-fındıq, toxum və yağlarda olan linoleik turşudan da istehsal oluna bilər. Maraqlıdır ki, bu turşu körpələrin beyin inkişafı üçün çox vacibdir və tez-tez uşaq qidalarına əlavə edilir.

Araşdırma göstərir ki, sadə pəhriz dəyişiklikləri psixi sağlamlığa əhəmiyyətli təsir göstərə bilər. Omeqa-6 yağ turşuları ilə zəngin qidaların qəbulunu artırmaq bipolyar pozğunluq riskini azaltmaq üçün praktik strategiya ola bilər.

Tərcümə etdi: Könül Oruc 

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun