Bilirubini aşağı salmaq üçün hansı təbii vasitələrdən istifadə edə bilərik? -
Bilirubini aşağı salmaq üçün hansı təbii vasitələrdən istifadə edə bilərik? -

"Bilirubinlər normal dəyərlər aralığında hər kəsdə mövcuddur. Bəzən "sarılıq" kimi tanın xəstəliklər qanda bilirubin səviyyəsinin artması zamanı belə bir rəng dəyişikliyinə səbəb olur".

Bu sözləri E-saglam.az-a açıqlamasında həkim-fitoterapevt Elnur Eldaroğlu deyib.

Onun sözlərinə görə, həyat müddəti başa çatan eritrositlər lizisə uğradıqdan sonra onların sitoplazmasından xaricə çıxan hemoqlobin biokimyəvi dəyişikliklərə uğrayır".  

"Qanın tərkibində bilirubin albuminlərlə adsorbsiya edil­miş vəziyyətdə olur. Buna sərbəst bilirubin deyilir. Sərbəst bilirubin suda həll olmur, lakin albuminlərlə adsorbsiya edildi­yinə görə çöküntü vermir. Albuminlər böyrək yumaqcıqlarında fıltrasiyaya uğramadığına görə, onların adsorbsiya etdiyi sərbəst bilirubin sidiyə keçə bilmir.

Sərbəst və Birləşmiş bilirubin miqdarının artmasına görə differensasiya etmək olur.

Bəzi genetik xəstəliklər zamanı ən çox tanınan Gilbert (jilbert) sindromunda da yüngül sarılıq əlamətlərinə rast gəlmək olur.
Həmçinin virus hepatitləri zamanı bilirubinlərin miqdarı önəmlidir.

Öd daşı xəstələrində bilirubinlərin miqdarı mexaniki səbəbdən arta bilər. Bu öd yollarına düşən daşlar da ola bildiyinə görə ödündə daş olan insanlar "tubaj" adlanan öd yuma prosedurunu və ödqovucu dərman və dərman bitkilərini istifadə etməməlidir.

Bilirubinlərin səviyyəsi normal həddən nisbətən yüksək olarsa və yanaşı mexaniki və kəskin heç bir patologiya rast gəlinməzsə bu zaman zəncirotu və solmazçiçəyi bitkilərinin hərəsindən 1 çay qaşığı götürüb, 200 ml qaynar suda 20 dəqiqə dəmləyib hər səhər ac qəbul edə bilərlər.

Müayinə olunduğu zaman qeyd edildiyi kimi öd daşı, hər hansı mexaniki sarılıq yaradan digər səbəblər və  ürək çatışmazlığı, toksiki hepatitlər və həzm orqanlarının şişləri təsdiqlənməyibsə, ənginar meyvəsinin dəmləməsi və ya sirkəsi istifadə olunur.

Xüsusilə, birləşmiş bilirubinlərin miqdarını azaltmaq üçün ənginar meyvəsi sirkədə və sıxılmış zeytun yağında saxlanılır. 20 gün keçdikdən sonra yeməkarası 2 dəfə 1 çay qaşığı götürüb həmin məhlulun suyuna qatıb istifadə olunur və ənginar meyvəsinin özü də yeyilir.

Hepanur qaraciyərqoruyucu və öd funksiyasını artıran təbii tərkibli qida əlavəsi artmış bilirubin miqdarını aşağı salmaqda köməkçi vasitədir".

Könül Oruc

E-saglam.az