Tibbi xəbərlər
Bəzi məktəblərdə müəllimlərdən COVID-19 pasportu tələb olunmayacaq - YENİ QƏRAR
Tibbi xəbərlər
375

Bəzi məktəblərdə müəllimlərdən COVID-19 pasportu tələb olunmayacaq - YENİ QƏRAR

“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nda dəyişiklik edilib.

E-saglam.az-ın məlumatına əsasən, bu barədə baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, təhsil müəssisəsinin ayrı-ayrı siniflərində (qruplarında) əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və ya yenidən bərpası barədə qərar Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında Təhsil Nazirliyini məlumatlandırmaqla həmin təhsil müəssisəsi tərəfindən qəbul edilir.

Təhsil müəssisələrinin işçilərinin azı 80 faizinin COVID-19 pasportunun olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilmir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun