Yandex watch
Beyniniz heç susmur? - Həddindən artıq düşünmə ilə mübarizənin

Həddindən artıq düşünmək zehni yorğunluq, stress, qərarsızlıq və yuxusuzluğun əsas səbəblərindəndir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Dos. Dr. Berke Kırıkkanat bildirir ki, insanı digər canlılardan fərqləndirən düşüncələr haqqında düşünmək bacarığı (metakognisiya), əgər sərhədləri bilinməzsə, məhz bu tələyə salır.

Həddindən artıq düşünmək nədir?

Bu, bir problemi həll etmək yerinə, saatlarla onun üzərində düşünmək, qərarsızlıq yaşamaq və hər şeyə çarə axtarma meylidir. Adətən bu hal qeyri-müəyyənliyə dözümsüzlük, mükəmməl olmaq istəyi, təəssüf hissi, və hər şeyi ümumiləşdirmə ilə müşayiət olunur.

Nəticə olaraq insan zehni və fiziki olaraq tükənir, diqqət pozulur, ruhi narahatlıqlar yaranır.

Bəs bu düşüncə tələsindən necə çıxmaq olar? Dr. Kırıkkanatın 6 tövsiyəsi:

Düşüncənin fərqinə varın

Nə düşündüyünüzü və bunun sizə nə hiss etdirdiyini müşahidə edin. Bu fikirlər reallıqdırmı? Yoxsa keçmiş və ya gələcəklə bağlı qorxulardır?

Nə edə biləcəyinizə fokuslanın

Hər şeyə nəzarət etmək mümkün deyil. Güclü tərəflərinizi tanıyın və diqqətinizi təsir edə biləcəyiniz məsələlərə yönəldin.

Düşüncə səhvlərini tanıyın

"Mükəmməl olmalıyam", "Hər şey pis olacaq" kimi fikirləri rasional və real düşüncələrlə əvəzləyin.

Diqqətinizi yayındırın

Hobbilər, sevdiyiniz yerləri təsəvvür etmək və 5 duyğu ilə ətrafı müşahidə etmək düşüncə dalğasından çıxmağa kömək edir.

Mükəmməl olmaqdan imtina edin

Səhv etmək həyatın bir hissəsidir. Özünüzü günahlandırmadan, səhvləri təcrübə kimi qəbul edin.

Dəstəkləyici mühit yaradın

Ətrafınızdakı insanların enerjisi sizi təsirləndirir. Mənfi düşüncələri alovlandıran münasibətləri məhdudlaşdırmaq faydalı ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az