Beynimizi ən çox aktivləşdirən sevgi -
Beynimizi ən çox aktivləşdirən sevgi -

Alimlər müxtəlif sevgi növlərinin beyinə necə təsir etdiyini kəşf ediblər.

E-saglam.az xarici KİV-ə istinadən xəbər verir ki, ən güclü beyin fəaliyyətinin valideyn sevgisi zamanı baş verdiyi müəyyən edilib.

Bunu Finlandiyanın Alto Universitetinin tədqiqatçıları araşdırıblar. 55 valideynin qatıldığı araşdırmada müxtəlif sevgi növləri zamanı beyin fəaliyyətləri araşdırılıb.

Valideyn sevgisi xüsusən də striatum bölgəsində dərin aktivləşmə yaradıb. Məlum olub ki, bu bölgə sevginin digər növlərində eyni intensivliklə aktivləşməyib.

Ev heyvanlarına göstərilən sevginin də beyinə müsbət təsir etdiyi müəyyən edilib. Bu araşdırma sevginin sadəcə bir emosiya deyil, beynimizdə dərin bioloji təsirlər yaradan mürəkkəb bir proses olduğunu göstərib.(bakupost.az)

E-saglam.az