Yandex watch
Beyni gücləndirən möcüzəvi qidalar

Əgər diqqət dağınıqlığı yaşayır və yaddaş problemləri ilə qarşılaşırsınızsa, çözüm boşqabınızda ola bilər. Beyin sağlamlığını qorumaq və yaşlanmaya bağlı zehni zəifləmənin qarşısını almaq üçün bəzi qidalar çox önəmlidir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, nevroloq dosent Dr. Süber Dikici beyin sağlamlığında qidalanmanın roluna dair vacib məlumatlar verib.

Dikici bildirib ki, beynin düşüncə və qərarvermə funksiyalarına cavabdeh olan "prefrontal korteks" adlı ön hissəsi yaşlandıqca ilk zədələnən sahədir. Bu bölgədəki pozuntular, düşüncələri izləmək və diqqəti cəmləmək qabiliyyətinin azalmasına səbəb olur. Alzheimer və damar tıxanıqlığı kimi xəstəliklər də beyinə zərər verən əsas amillərdir. Bundan əlavə, dopamin və serotonin kimi sinir kimyəvi maddələrinin azalması da beyin funksiyalarını zəiflədir.

Beyin üçün faydalı əsas qidalar

Dr. Dikiciyə görə, beyin sağlamlığını qorumağın yollarından biri də monoton həyatdan uzaq durmaq və təmiz hava ilə təmin olunmaqdır. Beyin cəmi 2% çəkiyə malik olsa da, bədənə daxil olan oksigenin 25%-ni istehlak edir. Buna görə oksigen çatışmazlığı beyinə birbaşa zərər verir.

Qidalanmada nələrə üstünlük verilməlidir?

Balıq: Xüsusilə somon, sardalya və alabalıq kimi yağlı balıqlar beyin üçün vacib olan Omega-3 yağ turşuları ilə zəngindir.

Yaban mersini: Antioksidant və antiinflamatuar təsiri ilə beyin hüceyrələrini qoruyur, öyrənmə qabiliyyətini artırır.

Bitter şokolad: Flavonoid, kafein və teobromin tərkibi sayəsində beyin funksiyalarını gücləndirir və stresi azaldır.

Qozun tərkibindəki Omega-3: Hüceyrələri oksidativ stresdən qoruyur, Alzheimer riskini azaldır.

Yaşıl yarpaqlı tərəvəzlər: İspanaq, pazı və kələm kimi tərəvəzlər fol turşusu və K vitamini ilə zəngindir, beyin funksiyalarını dəstəkləyir.

Balqabaq tumu: Magnezium, sink və dəmir sayəsində sinir sistemini gücləndirir, yaddaşı qoruyur.

Yumurta: Kolin və B vitaminləri ilə yaddaşı və öyrənmə qabiliyyətini inkişaf etdirir.

Turuncgillər: Limon, portağal və qreypfrut C vitamini və antioksidantlarla beyni qoruyur.

Yaşıl çay: Antioksidant tərkibi ilə beyin hüceyrələrini zədələnmədən qoruyur.

Beyin sağlamlığını qorumaq üçün nə etməli?

Fiziki aktivlik, keyfiyyətli yuxu, təmiz hava və balanslı qidalanma beyin sağlamlığı üçün əsas şərtlərdəndir. Eyni zamanda qan təzyiqi, şəkər səviyyəsi, lipidlər və çəki kimi risk faktorları nəzarətdə saxlanmalıdır. Görmə və eşitmə zəiflikləri, stress kimi amillərə qarşı da mütəmadi tədbir görülməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az