Bədəninizdə xərçəng hüceyrələrinin olduğunu göstərən əlamətlər  -
Bədəninizdə xərçəng hüceyrələrinin olduğunu göstərən əlamətlər  -

Xərçəng, hüceyrələrin daxilindəki DNT-də mutasiyalar və anormal böyümələr nəticəsində yaranır. Xərçəngə səbəb olan şərtlər, struktur səbəblərlə yanaşı, genetik faktorlar, ətraf mühit faktorları, sıx günəş işığı, siqaret və spirt istehlakı, kanserogen maddələrə məruz qalma, qidalanma və stressdir.

E-saglam.az-ın məlumatına görə, xoşxassəli xərçəng hüceyrələri çox nadir hallarda yayılır və ümumiyyətlə heç bir təhlükə yaratmır, lakin bədxassəli xərçəng hüceyrələri böyüyür və inkişaf edir və digər orqanlara yayılır və buna metastaz deyilir. Kimyaterapiya, radioterapiya və dərman müalicəsi genetik, ətraf mühit faktorları, qidalanma, idman azlığı və stress kimi faktorların yaratdığı xərçəngin müalicəsində istifadə edilir.

“Habertürk”də yer alan xəbərə görə, xərçəng bir çox insanın həyatına toxunan bir xəstəlikdir və artan yanlış məlumatlara görə, yayılan xəstəlikləri potensial xərçəng əlamətlərindən ayırd etmək çətinləşir. Bədəndə baş verən simptomları tanımaq və aşağıdakı simptomlardan hər hansı biri daim təkrarlanırsa, peşəkar həkimə müraciət etmək tövsiyə olunur.

Xərçəngin əlamətləri hansılardır?

Anormal dövr və ya pelvik ağrısı 

Bəzən qeyri-müntəzəm dövrlər və ya kramplar tez-tez olur, lakin davam edən ağrı və ya menstrual tsikllərdəki dəyişikliklər uşaqlıq boynu, uşaqlıq və ya yumurtalıq xərçəngini göstərə bilər.

Tualet vərdişindəki dəyişikliklər

Bədəninizin işində əhəmiyyətli dəyişikliklər kolon, prostat və ya sidik kisəsi xərçəngini göstərə bilər. Əsas xəbərdarlıq əlamətlərinə davamlı qəbizlik və ya ishal, nəcisdə qan, qeyri-adi tünd və ya qatran nəcis, sidiyə getmə tezliyinin artması və ya sidikdə qan daxildir.

Şiş

Bəzən şişkinlik hiss etmək normal olsa da, iki həftədən çox davam edən davamlı şişkinlik yumurtalıq və ya müxtəlif mədə-bağırsaq xərçənginin göstəricisi ola bilər.

Döşdə dəyişikliklər

Yeni topaklar, dəri toxumasında və ya rəngində dəyişikliklər, döş ətrafında dəyişikliklər və ya qeyri-adi axıntı həm kişilərdə, həm də qadınlarda baş verə biləcək döş xərçəngini göstərə bilər.

Xroniki öskürək

İki həftə ərzində keçməyən öskürək, xüsusilə qurudursa, ağciyər xərçənginin əlaməti ola bilər.

Sağalmayan yaralar

Sağalmayan hər hansı yara, o cümlədən döş üzərindəki xoralar və ya dəridə davamlı yaralar dəri və ya döş xərçənginin göstəricisi ola biləcəyi üçün müayinə edilməlidir.

Daimi ağız yarası

Ağzınızın içərisində sağalmayacaq yaralara diqqət yetirin, xüsusən də ağ və ya qırmızı ləkələr kimi davam edərsə. Bunlar ağız xərçənginin əlamətləri ola bilər, buna görə də müntəzəm müayinələr zamanı diş həkiminizdən skrininqlər barədə soruşun.

Xroniki baş ağrıları

Əgər iki həftədən çox davam edən və standart müalicələrə cavab verməyən baş ağrılarınız varsa, səbəb beyin şişi ola bilər.

Udmaqda çətinlik

Udmaqda çətinlik çəkmək və ya yemək iki həftədən çox boğazınızda ilişib qalmış kimi hiss edirsinizsə, boğaz, ağciyər və ya mədə xərçənginin əlaməti ola bilər.

Həddindən artıq göyərmələr

Xüsusilə heç bir səbəbi bilinməyən qeyri-adi yerlərdə tez-tez göyərmələr, lösemi kimi qan xərçəngini göstərə bilər.

Təkrarlanan qızdırma və infeksiyalar

Təkrarlanan qızdırmalar və ya davamlı infeksiyalar zəifləmiş immunitet sistemini göstərə bilər, tez-tez lenfoma və ya leykemiyada müşahidə olunur.

Dəri dəyişiklikləri

Xal və ya doğum ləkəsində nəzərə çarpan hər hansı dəyişiklik bir tibb işçisi tərəfindən qiymətləndirilməlidir.

Asimmetriya: Xalın bir yarısı digər yarısına uyğun gəlmir.

Sərhəd: Kənarları qeyri-düzgün və ya bulanıqdır.

Rəng: Qara və qəhvəyi çalarları da daxil olmaqla, uyğun olmayan rənglər.

Çap: Qələm silgisindən daha böyükdür.

İnkişaf edən: Ölçü, rəng, forma və ya qanaxma kimi simptomlarda hər hansı dəyişiklik.

Səbəbsiz yorğunluq

İstirahətlə çıxmayan daimi yorğunluq müxtəlif xərçəng xəstəliklərinin xəbərdaredici əlaməti ola bilər.

Əgər sizdə və ya tanıdığınız kimsədə bu simptomlardan biri və ya bir neçəsi müşahidə olunursa, dəqiq diaqnoz və müvafiq müalicə üçün həkimə müraciət etmək vacibdir. Xərçənglə bağlı potensial riskləri aradan qaldırmaq üçün məlumatlılıq və vaxtında tədbir görülməsi vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az