Faydalı
Bədəndəki bu yaraları mütləq həkimə göstərmək lazımdır – Evdə müalicə olmaz
Faydalı
282

Bədəndəki bu yaraları mütləq həkimə göstərmək lazımdır – Evdə müalicə olmaz

Bəzən bədəndə elə yaralar olur ki, qısa müddətdə insanın ölümünə səbəb ola bilər. Xəstə isə yaranı əhəmiyyətsiz sayıb, yodla, mazla sağalacağını güman edir.

E-saglam.az xəbər verir ki, məşhur həkim Komarovskiy təcili həkimə göstərilməli yaralardan danışıb.

“İlk növbədə yarım saat ərzində qanaxması kəsməyən yaralarda təcili tibbi yardıma getmək lazımdır. Qanı 15 dəq ərzində kəsə bilmədizsə, vaxt itirməyin.

Kəsik, yara yerində güclü ağrı, dəhşətli qızarma, hissiyatın itməsi, keyimə də təhlükəli əlamətdir.

2 sm dərinliyi olan və ucları bir-birindən 7 mm aralı olan yaralar cərrahi tikilməlidir.

İt və küçə heyvanı dişləməsi, paslı dəmir, mismar, iş aləti kəsilməsi yaralarında da təcili xəstəxanaya getməli və müvafiq zərdab iynə vurulmalıdır.

Yaranın içində gözdən qalmış yad cisim, dəmir ucluq, şüşə və s. sonradan irinləməyə səbəb olur. Yara bitişsə də, bəzən o cisim qalır.

Mütləq onlar çıxarılmalıdır.

Yaranı evdə müalicə etməyə çalışdıqda, yaranın ətrafı qızarıb şişibsə və istidirsə, təcili cərraha gedin. Bu ikincili infeksiyadır”. //Medicina.az 

 

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun