
B12 vitamini orqanizmin enerji istehsalında, sinir sisteminin fəaliyyətində və qan hüceyrələrinin yaranmasında əsas rol oynayır.

E-saglam.az xəbər verir ki, çatışmazlıq halsızlıq, diqqət yayınıqlığı, əsəbilik və ətraflarda uyuşma ilə özünü göstərə bilər.
Xüsusilə veganlar, vegetarianlar və yaşlılar bu vitamini kifayət qədər qəbul etməyə bilər. Anbarları doldurmaq üçün isə qida seçiminiz həlledici rol oynayır.
Ən effektiv B12 mənbələri arasında yumurta (xüsusilə sarısı), süd və süd məhsulları, yağlı balıqlar (qızılbalıq, tuna, sardina), qaraciyər və digər ətlər, midye və istiridye kimi qabıqlı balıqlar yer alır. Hər biri gündəlik tələbatı rahatlıqla qarşılayır. Bitki mənşəli qidalarla qidalananlar üçün isə B12 ilə zənginləşdirilmiş taxıllar alternativ ola bilər.
Düzgün və balanslı qidalanma B12 səviyyəsini normallaşdırmaqla yanaşı, enerjinizi və ümumi sağlamlığınızı da dəstəkləyir.
Tərcümə: Könül Oruc