Bədbəxt və stresli olmağınızın
Bədbəxt və stresli olmağınızın

Həyatınızda hər şey yolunda gedərkən və günləriniz məşğul olsa da, özünüzü bədbəxt və stresli hiss edə bilərsiniz.

E-saglam.az bədbəxt və stresli olmanızın səbəblərini təqdim edir.

İŞLƏRİNİZİ BİTİRMƏK ÜÇÜN VAXTINIZ YOXDUR

Gündə nə qədər vaxtınız olsa da, nə qədər iş görsəniz də, hələ görüləsi işlərin çox olduğunu düşünə və stress keçirə bilərsiniz. Bununla məşğul olmaq üçün nə olursa olsun belə hiss edəcəyinizi qəbul edin. Etməli olduğunuz işləri sadalayın.

ÖZÜNÜZƏ VAXT AYIRMIRSINIZ

Gününüz nə qədər sıx olsa da, özünüzə vaxt ayırmamaq sizi bədbəxt edəcək. Bu səbəbdən stresinizi azaltmaq və daha məhsuldar olmaq üçün cədvəlinizə uyğun olaraq özünüzə vaxt ayırdığınızdan əmin olun.

AZ YATMAQ

Hər zaman yorğun hiss etməyinizin səbəbi kifayət qədər yuxu almamağınız ola bilər. Bir yuxu rejiminə sahib olduğunuzda və daha çox yatdığınızda özünüzü daha xoşbəxt hiss edə bilərsiniz.

ÖZÜNÜZÜ TƏK HİSS EDİRSİNİZSƏ

Tək qalmaqla tənha hiss etmək arasında böyük fərq var. Özünüzü ailə və dostların əhatəsində tapa bilərsiniz və hələ də tənha hiss edə bilərsiniz. Belə vəziyyətlərdə özünüzə qayğı göstərərək təkbaşına xoşbəxt olmağı öyrənməlisiniz. Beləliklə, əgər pis münasibətiniz və ya dostluğunuz varsa, ondan qurtula bilərsiniz.

ANI YAŞAYA BİLMİRSİNİZSƏ

Həyatda baş verə biləcək pis şeyləri daim düşünmək sizi bədbəxt edə bilər. Bunun əvəzinə daha xoşbəxt hiss etmək üçün anın dadını çıxarın. Uğur qazana bilməsəniz belə, bunu öyrənməyin yollarını axtarın.

Tərcümə: Könül Oruc

E-saglam.az