Dünyada yaşayan hər kəsin arzusu xoşbəxt olmaqdır. Hər saat, hər gün, hər dəqiqə xoşbəxtliyimiz üçün çalışır və arzularımızı, məqsədlərimizi xoşbəxtlik üzərində qururuq. Bəs hər insan həqiqətən xoşbəxt ola bilirmi?
E-saglam.az xəbər verir ki, həyatda bütün uğurlar insan özünü xoşbəxt hiss etdikdə gəlir. Karyerada uğur, şəxsi həyatda harmoniya, xarici görünüşdə pozitiv aura – bunların hamısı xoşbəxtliklə əlaqəlidir.
Elə ona görə də “World” Təhsil və İnkişaf Platforması bu dəfə “XoşBəxtSƏN” deyərək xoşbəxtlik axtaranlar üçün möhtəşəm forum təşkil etdi. 23 may saat 10:30-da Bakı Gənclər Evində təşkil olunan forumda 12 spiker hərəsi öz sahəsində 12 dəqiqə ərzində xoşbəxtliyin sirlərini forum iştirakçıları ilə bölüşdü.
Peşəkar psixoloqların, həyat koçlarının və öz sahəsində uğur qazanmış təcrübəli mütəxəssislərin spikerlik etdiyi bu forumda xoşbəxtliyin sirləri açıqlandı və dinləyicilərdə fərqindəlik formalaşdırıldı. Bəzi spikerlərin çıxışı zamanı zalda emosional anlar yaşandı. Gerçək həyat hekayələri xoşbəxtliyin axtarmadığımız və fərqində olmadığımız yerlərdə, kiçik nüanslarda olduğunu ortaya qoydu. Hər kəsin bir-biri ilə doğmalaşdığı bu forum bir daha insan faktorunun önəmini və emosional varlıq olaraq daim bir-birimizə ehtiyacımız olduğunu vurğuladı.
Seminarda həm xanımlar, həm də bəylər iştirak etdi. Elegant.media, Slavyanka, Ollin.az, Azərsüd, Neomedica, Uniser Group, Zəfər Olimpiadası, Adalia Media Agency, Çağrı Tədris Mərkəzi, Lumen Group və digər şirkətlərin tərəfdaşlığı ilə keçirilən forum cəmiyyətdə uğur qazanmaq istəyən insanlar üçün fərqindəlik yaratdı.
Forumun media dəstəyi isə E-saglam.az sağlamlıq və tibbi xəbərlər platforması olub.