Tibbi xəbərlər
Tibbi xəbərlər
264

Bakıda narkotikin təsiri altında marşrut avtobusu idarə edən sürücü tutulub - VİDEO

Bakıda narkotik vasitəsilərin təsiri ilə marşrut avtobusu idarə edən sürücü tutulub.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, 13 dekabr 2021-ci il tarixdə Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları Qaradağ postu kimi tanınan ərazidə "Mercedes-Benz" markalı, 90-FL-403 dövlət qeydiyyat nişanlı iritutumlu marşrut avtobusunu saxlayıb. Sürücü Hidayətov İlham Fərman oğlunun hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinədən keçirilib. Məlum olub ki, sürücü avtobusu narkotik vasitələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edir. Ona bu əməlin ictimai təhlükəsi izah edilib.

Toplanmış materiallar aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə təqdim olunub. Məhkəmənin qərarı ilə vətəndaş İnzibati Xətalar Məcəlləsinin 333.4-cü maddəsi ilə təqsirli bilinərək, 2 il sürücülük hüququndan məhrum edilməklə 20 gün müddətində inzibati həbs olunub.

Qeyd edirik ki, cari ilin 9 ayı ərzində Baş DYP İdarəsi tərəfindən narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 650 sürücü aşkar edilib. Təkcə son bir ay ərzində 150-ə yaxın analoji hal aşkarlanıb. Təbii ki, yol polisi bu istiqamətdə mübarizə tədbirlərini gücləndirib.

Eyni zamanda, daşıyıcı şirkətlər, fiziki və hüquqi şəxslər bu məsələdə diqqətli olmalıdır. Sürücüləri işə qəbul edən zaman, həmçinin, reysqabağı tibbi müayinədən keçirilməli və belə neqativ hallar olmamalıdır. Hər kəs öz məsuliyyətini dərk etməlidir.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun