Tibbi xəbərlər
Bakıda motosiklet, moped və skuter qəzalarının sayı artır
Tibbi xəbərlər
159

Bakıda motosiklet, moped və skuter qəzalarının sayı artır

Son bir ayda motosiklet, moped və skuter qəzası nəticəsində yaralanan 54 nəfər Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

Bu barədə E-saglam.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Yaralılardan 5-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib. 49 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Yaralılardan 24-ü motosiklet, 7-si moped, 23-ü isə skuter qəzasından gəlib.

KTM-in Təcili tibbi yardım şöbəsinin müdiri Aydın Əlizadənin sözlərinə görə, motosiklet, moped və skuter qəzalarının sayı hər ay daha da artır:

“Əvvəllər skuter qəzalarına rast gəlinmirdi. Lakin indi skuterdən yıxılma ilə bağlı şöbəyə tez-tez müraciətlər olur. Əksəriyət bu qəzalarda müxtəlif travmalar alır. Bəziləri ilkin tibbi müdaxilə göstərdikdən sonra evə buraxılır. Həmçinin, moped və motosiklet qəzalarının da sayı hər ay durmadan artır. Qəzaya düşən gənclərin çoxu kuryerliklə məşğul olur. Lakin bilərəkdən yüksək sürətlə qəzaya səbəb olanlar da az deyil”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun