Tibbi xəbərlər
Bakıda gecə klubundakı partlayışda yaralananların son durumu açıqlanıb
Tibbi xəbərlər
356

Bakıda gecə klubundakı partlayışda yaralananların son durumu açıqlanıb

Bakıda gecə klubunda baş verən partlayışda yaralananların son durumu açıqlanıb.

E-saglam.az-ın məlumatına görə, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumatda bildirilib ki, hazırda xəstəxanalarda 16 nəfər yaralı müalicə alır.

Qeyd olunub ki, onlardan 13-ü dövlət tibb müəssisələrində müalicəsini davam etdirir: "Reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər 5 nəfərin vəziyyəti stabil ağır, 4-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Tibb mütəxəssisləri yaralıların ailələri ilə mütəmadi əlaqə saxlayaraq onları yaxınlarının sağlamlıq durumu barədə məlumatlandırır".

Xatırladaq ki, aprelin 3-də gecə saatlarında Səbail rayonu ərazisində yerləşən obyektdə baş verən partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun