Dekabr ayının 24-də Bakı Gənclər Mərkəzində yalnız xanımlardan ibarət forum baş tutub.
E-saglam.az xəbər verir ki, forumda müxtəlif sahələrdən olan uğurlu qadınlar iştirak ediblər.
Belə ki, Orvita Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri Ramidə Oktayqızının layihə rəhbəri və təşkilatçısı olduğu forumda 7 qadın spiker çıxış edib. Onlar motivasiya xarakterli uğur hekayələrini danışaraq bütün xanımlara dəstək olublar.
Forumda Millət Vəkili Jalə Əhmədova, Bakı Gənclər Mərkəzinin rəhbəri Nərgiz Babayeva, Azərbaycan Uşaq Fondunun rəhbəri Zəhra Bədəlbəyli, Orvita Psixoloji Reabilitasiya Mərkəzinin rəhbəri Ramidə Oktayqızı, KOBSKA idarə heyətinin üzvü və sahibkar Nigar Ələsgərova, Paraolimpiyaçı Zinyət Vəliyeva, Mammoloq-radioloq Günel Qəmbərova spiker qismində çıxış ediblər.
Spikerlər çıxışlarında xanımlara çətinliklərin öhdəsindən necə gəlmək, necə uğur qazanmaq, təhsilə, əməyə sevgi göstərmək, nə olursa olsun deyərək yola çıxmaq üçün mükəmməl çıxış yollarından bəhs ediblər. Hər spiker öz çıxışında xanımlara dəstək olaraq, uğura gedəcək yolları tapmaq üçün ipucları veriblər.
İki paneldən ibarət təşkil olunan forumda xanım müğənnilər və 300-ə yaxın xanım iştirakçı yer alıb. Sonda bütün spkierlərə təşəkkürnamə və hədiyyələr təqdim olunub. Həmçinin foruma qatılan bütün iştirakçı xanımlar da hədiyyələrlə yola salınıb.
Könül Oruc