Yandex watch
Bağırsaqlarınızı saat kimi işlədəcək!

Heyva sağlamlığımız üçün ən faydalı meyvələrdən biri olmaqla yanaşı, qəbizliyə qarşı möcüzəvi təsirləri də ortaya çıxıb.

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, bağırsaqların hərəkətinə kömək edən heyva həzm sisteminə birbaşa təsir edir. Lakin qəbizlik üçün heyva çiy halda yeyilməməlidir.

Bişmiş halda istehlak edilən heyva həzm sistemi üçün çox faydalıdır. Klinik tədqiqatlar da sübut etmişdir ki, heyva həzm sistemi problemlərini və bağırsaq tıxanıqlığını azaltmaq üçün funksional bir meyvədir. Heyvada çoxlu həll olunmayan lif var.

Həzm sistemindən keçərkən həll olunmayan lif yumşalır və xaricolmanı daha rahat və tez-tez edir. Bundan əlavə, 2016-cı ildə edilən bir araşdırmaya görə, heyva zəhərli bağırsaq bakteriyalarının varlığını azaldır. Heyvanı suda 5-7 dəqiqə qaynatdıqdan sonra istehlak edə bilərsiniz.

HEYVANIN FAYDALARI NƏLƏRDİR?

Həzm problemləri üçün yaxşıdır

İmmunitet sistemini gücləndirir

Xolesterolu balanslaşdırır, ürək sağlamlığını qoruyur

Hamiləlikdən qaynaqlanan bulantılarını azaldır

Saç follikullarının sağlamlığını yaxşılaşdırır

Dəri hüceyrələrinə dəyən zədələri bərpa edir və dərini cavanlaşdırır.

Mədə xoralarının müalicəsində təsirlidir

Yaraların sağalmasını dəstəkləyir.

Tərcümə: Könül Oruc

E-saglam.az