Yandex watch
Bağırsaqları künc-bucaq təmizləyir:

Bağırsaqların təbii yollarla təmizlənməsi orqanizmin ümumi sağlamlığı üçün uzunmüddətli faydalar təmin edə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bəzi bitki mənşəli qarışıqlar və təbii maddələr həzm sistemini tarazlaşdıraraq toksinlərin atılmasını sürətləndirir, həzmi yüngülləşdirir və qəbizlik kimi problemlərin qarşısını alır.

Qara zirə yağı

Qara zirə yağı antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə bağırsaq sağlamlığını gücləndirir. Tərkibindəki timokinon maddəsi bağırsaq divarındakı iltihabı azaldaraq onun funksiyasını yaxşılaşdırır. Müntəzəm istifadəsi bağırsaq hərəkətlərini stimullaşdırır, floradakı tarazlığı bərpa edərək toksinlərin atılmasına kömək edir və qəbizlik hallarının qarşısını alır.

Zeytun yağı

Zeytun yağı sağlam yağ turşuları və güclü antioksidan tərkibi ilə həzm sisteminə müsbət təsir göstərir. Xüsusilə oleik turşusu bağırsaqları sakitləşdirir, iltihabı azaldır və müntəzəm istifadə zamanı bağırsaq hərəkətlərini normallaşdırır. Eyni zamanda, bağırsaq florasında faydalı bakteriyaların inkişafını təşviq edir.

Limon suyu

Limon suyu yüksək C vitamini tərkibi və turşuluq xüsusiyyəti ilə orqanizmin təbii təmizləyici vasitələrindən biridir. Həzm sistemini aktivləşdirir, fermentlərin ifrazını artırır və bağırsaq hərəkətlərini stimullaşdırır. Tərkibindəki turşular detoks prosesinə töhfə verir, bədəndə pH balansını qoruyaraq qələvi təsir yaradır. Bu xüsusiyyətlər qəbizlik problemlərinin yüngülləşdirilməsində mühüm rol oynayır.

Bağırsaqları təmizləyən sadə və effektiv qarışıq

İnqrediyentlər:

– 1 çay qaşığı qara zirə yağı
– 1 çay qaşığı zeytun yağı
– 1 çay qaşığı limon suyu
– 1 stəkan ilıq su

İstifadə qaydası:
Bütün inqrediyentləri qarışdırıb hər səhər acqarına qəbul edin. Qara zirə yağı immuniteti dəstəkləyir, zeytun yağı həzmi rahatlaşdırır, limon suyu isə toksinlərin atılmasını sürətləndirir.

Bu qarışığın bir neçə həftə ərzində ardıcıl istifadəsi bağırsaqların funksiyasını bərpa edərək həzm sistemini gücləndirə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az