Yandex watch
Badımcanın sapı bu xəstəliyin

Badımcan mətbəximizin ayrılmaz hissəsidir, lakin əksər insanlar onun sapını istifadə etmədən atırlar. Halbuki, badımcan sapının xüsusilə hemoroid (babasil) müalicəsində faydalı ola biləcəyi bildirilir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, mütəxəssislər badımcan sapının qaynadılıb suyunun içilməsinin və ya birbaşa tətbiq edilməsinin hemoroid əlamətlərini yüngülləşdirə biləcəyini vurğulayırlar. Badımcan sapı tərkibindəki antioksidantlar və flavonoidlər sayəsində damar sağlamlığını dəstəkləyərək iltihabı azaltmağa kömək edə bilər.

Badımcan sapı şirəsi necə hazırlanır?

Badımcan saplarını yuyub təmizləyin. 1 litr su qaynadın və sapları içinə əlavə edib 10-15 dəqiqə qaynadın. Soyuduqdan sonra süzüb şüşə butulkada saxlayın. Gündə 1-2 stəkan içmək tövsiyə olunur.

Hemoroid üçün digər təbii yanaşmalar

Lifli qidalar qəbul etmək, kifayət qədər su içmək, tualetdə uzun müddət oturmamaq və isti su ilə oturma vannaları etmək hemoroid əlamətlərini yüngülləşdirə bilər. Alternativ müalicələr arasında lazer terapiyası, rezin bant üsulu və skleroterapiya kimi tibbi prosedurlar da mövcuddur.

Badımcan sapı şirəsi hemoroid üçün dəstəkləyici vasitə kimi istifadə oluna bilər, lakin müalicəvi təsiri elmi cəhətdən tam sübut olunmayıb. Buna görə də, hər hansı müalicə üsuluna başlamazdan əvvəl həkim məsləhəti almaq vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az