Xəbərlər
Azərbaycanda yumurtanın qiyməti
Xəbərlər
146

Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşıb 1 qəpik oldu

Azərbaycanda yumurtanın qiyməti kəskin ucuzlaşıb.

E-saglam.az Qafqazinfo-ya istinadən xəbər verir ki, son günlərədək 1 ədədi 9-17 qəpiyə təklif edilən yumurta, marketlərdə 3-4 qəpiyədək ucuzlaşıb. Hətta yumurtanın qiymətində kəskin endirim edərək 1 ədədini 1 qəpiyə satan marketlər də var.

Bildirilir ki, kəskin ucuzlaşma mövsümi xarakter daşıyır. Belə ki, yay aylarında yumurta istehlakı xeyli azalır. Əvəzində isə bu ərəfədə yumurta istehsalı daha da artır.

Qiymətin kəskin ucuzlaşmasında yumurta ixracının azalmasının da rol oynadığı istisna edilmir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun