Xızıda polis əməkdaşı vəfat edib.
E-saglam.az xəbər verir Xızı rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Faiq Əbülhəsənov dünyasını dəyişib.
Onun uzun müddət qaraciyər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Məlumata görə, F.Əbülhəsənovun qaraciyərində problem yaranıbmış. Ona qaraciyər köçürülərkən əməliyyatdan sağ çıxa bilməyib.
Qeyd edək ki, bu barədə ilk məlumatı “Report” yayıb.