"Xəstəxanalarda oksigen aparatı ilə bağlı vəziyyət tam sabitdir”.
E-saglam.az-ın məlumatına görə, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini icra edən Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, klinikaların balansında həm oksigen, həm də ən müasir dərmanlar var: “Bilirsiniz ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, qısa müddətdə kifayət qədər süni tənəffüs aparatları ölkəyə gətirilib. Azərbaycanda bu baxımdan heç bir problem yoxdur”.