Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 11 197 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan E-saglam.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 376, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 5752 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 928 938 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 999 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 438 447, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 490 878 təşkil edir.