Azərbaycanda sırf kommersiya maraqlarına görə xəstələrə stent təyin edilir? - AÇIQLAMA
Azərbaycanda sırf kommersiya maraqlarına görə xəstələrə stent təyin edilir? - AÇIQLAMA

"Ölkəmizdə stent qoyan bütün həkimləri tanıyıram".

E-saglam.az xəbər verir ki, bu sözləri "Kaspi"yə müsahibəsində Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Üzeyir Rəhimov bildirib. Onun sözlərinə görə, Azərbaycanda lazımsız yerə heç kimə stent qoyulmur:

"Ümumiyyətlə, ürək şikayəti olmayan bir insan heç vaxt ürək həkiminə gəlməz. Damardakı daralma pasiyentə göstərilir, ailəsinə bu haqda məlumat verilir, ancaq razılıq alındıqdan sonra müdaxilə edilir. Düşünün ki, bizim ağrımız yoxdur, həkimə getmişik, deyir ki, stent qoyulmalıdır. Kim buna icazə verər? Şikayət yoxdursa, anju masasına niyə yatırsınız? Bu fikirlər tamamilə uydurmadır".

Aygün Asimqızı