"Azərbaycanda QİÇS-dən ölənlərin sayı ötən illərlə müqayisədə iki dəfəyə qədər azalıb".
E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib.
Nazirlik rəsmisi bildirib ki, 2018-ci illə müqayisə etsək, sayda azalma var: “Bu da antiretrovirus terapiyanın üstünlüyü ilə əlaqəlidir”.