Tibbi xəbərlər
Azərbaycanda nə qədər ehtiyat “Pfizer-Biontech” vaksininin olduğu açıqlandı
Tibbi xəbərlər
177

Azərbaycanda nə qədər ehtiyat “Pfizer-Biontech” vaksininin olduğu açıqlandı

Azərbaycanda ehtiyatda olan “Pfizer-Biontech” vaksininin sayı açıqlanıb.

E-saglam.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, hazırda 162 450 doza “Pfizer- Biontech” vaksini anbarda ehtiyatda var.

Əlavə olaraq tibb müəssisələrində hazırda istifadə edilən vaksin dozaları mövcuddur.

Qeyd edək ki, ÜST Avropa Dərman Agentliyi, ABŞ Qida və Dərman Administrasiyasının rəylərini nəzərə alaraq COVID-19 əleyhinə vaksinasiyada “Pfizer/Biontech” preparatından istifadə edən ölkələrə vaksinin istifadə müddətinin uzadılması ilə bağlı məktub göndərib.

Məktuba əsasən, “Pfizer/Biontech” preparatının istifadə müddəti 6 aydan 9 aya qədər uzadılıb. Bununla əlaqədar olaraq hazırda ölkədə istifadə olunan “Pfizer-Biontech” vaksininin istifadə müddəti 31 dekabr 2021-ci il tarixinədək uzadılıb

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun