Tibbi xəbərlər
Azərbaycanda AİLƏ FACİƏSİ: Ər arvadını döyərək öldürdü
Tibbi xəbərlər
218

Azərbaycanda AİLƏ FACİƏSİ: Ər arvadını döyərək öldürdü

Oğuzda ər arvadını döyərək öldürüb.

E-saglam.az-ın APA-ya istinadən məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Böyük Söyüdlü kəndində baş verib.

Kənd sakini, 1958-ci il təvəllüdlü Vaqif Aslan oğlu Mustaqov ilə həyat yoldaşı, 1957-ci il təvəllüdlü Gülgəz Abdurəhman qızı Mustaqova arasında ailə münaqişəsi zəminində mübahisə düşüb.

Mübahisə zamanı V. Mustaqov həyat yoldaşı G. Mustaqovanı döyüb. G. Mustaqova aldığı müxtəlif dərəcəli xəsarətlərlə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, G. Mustaqova bu gün səhər saat 06:00 radələrində aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Oğuz rayon hüquq-mühafizə orqanı əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli sayılan ər V. Mustaqov saxlanılıb.

Faktla bağlı Oğuz rayon prokurorluğunda araşdırma aparılır.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun