Yandex watch
Azərbaycanda 70-dən çox talassemiya xəstəsi sümük iliyi köçürülməsi üçün

Azərbaycanda hazırda 70-dən çox talassemiya xəstəsi sümük iliyi transplantasiyası üçün növbə gözləyir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Talassemiya Mərkəzinin Baş həkimi Səhər İsmayılova deyib.

Onun sözlərinə görə, bu ilin ötən dövründə 12 nəfərə sümük iliyi köçürülməsi əməliyyatı tətbiq olunub, onlardan 10-u talassemiya xəstəsidir:

"Həmin pasiyentlərin vəziyyəti qənaətbəxşdir və heç bir ölüm faktı aşkarlanmayıb".

S.İsmayılova bir daha xatırladıb ki, tibb müəssisələri Azərbaycanda yeganə sümük iliyi transplantasiyası tətbiq edən mərkəzdir. Burada təkcə talassemiya xəstələri üçün yox, digər qrupdan olan xəstələrə də ilik əməliyyatı icra olunur.

Baş həkim eyni zamanda talassemiya xəstələrinə sümük iliyi köçürülməsi məsələsində ən böyük problemin donorun çətin tapılmasında görüb: "Əgər donor rahat tapılsa, əməliyyatı rahat şəkildə icra edə bilərik. Ailə üzvləri arasından donorun tapılma ehtimalı 25 faizdir. Uyğun ilik adətən bacı və qardaşdan götürülür. Təəssüf ki, bir qrup talassemiya xəstələri bu sarıdan şanslı ola bilmir və nəticədə donoru tapılmayanlar məcbur növbə gözləməli olur".

Qeyd edək ki, 8 May – Beynəlxalq Talassemiya Günüdür.

E-saglam.az