Tibbi xəbərlər
Azərbaycanda 11 yaşlı ananın dünyaya gətirdiyi körpə ÖLÜB
Tibbi xəbərlər
414

Azərbaycanda 11 yaşlı ananın dünyaya gətirdiyi körpə ÖLÜB

İmişli rayon sakini olan on bir yaşlı ananın qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi uşaq bu gün dünyasını dəyişib.

E-saglam.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Neonotologiya şöbəsindən bildirilib.

Qeyd edək ki, 11 yaşlı qızın övladı həmin xəstəxananın Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə 31-ci həftəsində dünyaya gəlmişdi.

Xatırladaq ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial işçisi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin psixoloqu zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın psixo-sosial vəziyyətini qiymətləndirərək, onun reabilitasiyası istiqamətində fəaliyyətə başlayıb. Uşağın maraqlarını qorumaq məqsədi ilə dövlət sığınacağına yerləşdirilməsi qərara alınıb və o, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib. Müəssisədə uşağın reabilitasiyası ixtisaslı mütəxəssislər tərəfindən müvafiq sosial-psixoloji reabilitasiya proqramı əsasında həyata keçiriləcək. Burada onun sosial, psixoloji və digər təlabatları qarşılanacaq. Uşağın sosial reabilitasiyası müvafiq dövlət qrumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Onu da deyək ki, azyaşlının anası da artıq Agentliyin sığınacağına yerləşdirilib. Burada ona müvafiq sosial-psixoloji reabilitasiya tədbirləri çərçivəsində xidmət göstərilməsinə başlanıb.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun