“Vaksinlər ədalətli şəkildə ölkələr arasında paylanmalıdır. Azərbaycan ilk ölkələrdən biridir ki, bu məsələyə münasibətini ortaya qoyur”.
E-saglam.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qlobal Bakı Forumu çərçivəsində “Post-COVID-19 dövründə qlobal çağırışlar” mövzusunda keçirilən panel müzakirələri zamanı deyib.
“Prezident İlham Əliyev dəfələrlə müxtəlif beynəlxalq təsisatlarda bununla bağlı çıxışlar edib, təkliflər səsləndirib. Biz vaksinlərin ədalətli paylanmasını təmin etməliyik”, - nazir vurğulayıb.