Xəstəliklər
"Azərbaycan qonşu regionlar arasında QİÇS-ə yoluxma səviyyəsi aşağı olan ölkələrdəndir" - Famil Məmmədov
Xəstəliklər
456

"Azərbaycan qonşu regionlar arasında QİÇS-ə yoluxma səviyyəsi aşağı olan ölkələrdəndir" - Famil Məmmədov

"İİV-ə yoluxmuş şəxslər Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata götürülür. Onlara həyata keçirilən bütün tibbi xidmətlər dövlət hesabına aparılır və tam şəkildə ödənişsizdir".

E-saglam.az xəbər verir ki, bu sözləri Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov "İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) törətdiyi fəsadlar, sıfır ayrıseçilik - stiqma və diskriminasiya ilə bağlı maarifləndirmə tədbiri"ndə deyib.

Onun sözlərinə görə, Mərkəzin regionlarda 10 laboratoriyası fəaliyət göstərir və burada kütləvi könüllü müayinə aksiyaları keçirilir: "Biz, dövlət qurumları - Təhsil Nazirliyi, TƏBİB, Sosial Müdafiə Nazirliyi ilə, həmçinin Qeyri-hökumət təşkilatları, Vətəndaş Cəmiyətləri ilə də sıx əməkdaşlıq edirik". 

Mərkəz direktoru bildirib ki, İİV-lə mübarizə tək həkim səviyyəsində aparılacaq iş deyil. Hər bir insan bu virusla mübarizədə ayıq-sayıq olmalıdır: "Bizim bir şüarımız var ki, profilaktika müalicədən daha yaxşıdır. Profilaktika dünyanın qabaqcıl ölkələrinin tətbiq etdiyi müasir standartlara uyğun həyata keçirilir. Bunun da əsasında maarifləndirmə durur". 

F.Məmmədov qeyd edib ki, dünyada İİV-ə yoluxanlar insanların kumulyativ sayı 79.3 milyon, İİV-lə yaşayan insanların sayı 37.7 milyon, 
QİÇS-lə bağlı dünyasını dəyişənlərin sayı isə 36.3 milyondur: "Ümumilikdə, ötən illərlə müqayisə etdikdə, dünyada İİV-ə yoluxma tendensiyasının azaldığını müaşhidə edirik. Bu isə sözügedən sahədə həyata keçirilən profilaktik tədbir və proqramların bəhrəsi hesabına əldə olunan nailiyyətlərdir. Azərbaycan isə qonşu regionlar arasında yoluxma səviyyəsi aşağı olan ölkələrdəndir".  

Qeyd edək ki, 2022-ci ildə dünyada təkcə QİÇS-dən ölənlərin sayı 680 min olub. 

Könül Oruc

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun