Xəstəliklər
Azərbaycan bu təhlükədən necə qorunmalıdır? - Həkim
Xəstəliklər
351

Azərbaycan bu təhlükədən necə qorunmalıdır? - Həkim

Bu günlərdə Afrikanın cənubunda COVID 19-un yeni növ ştammı aşkarlanıb. Yeni ştamma yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Omikron B.1.1.529 ştammını "narahatlıq doğuran variant" kimi dəyərləndirib. Virusun bu variantı hazırda da sürətlə yayılmaqda davam edir. Bəs Azərbaycan bu təhlükədən necə qorunmalıdır?

E-saglam.az xəbər verir ki, bu barədə Axar.az-a açıqlama verən həkim-infeksionist Nicat Əzimli bildirib ki, vaksinlərin koronavirusun "omikron" variantına da qarşı effektiv olduğu dəqiqdir.

"Vaksin istehsalı ilə məşğul olan böyük şirkətlər "omikron" ştammına uyğun təkmilləşdirmə işlərinə başladıqlarını bildiriblər. Hələ ki, koronavirusun "omikron" variantına Azərbaycanda rast gəlinməyib. "Omikron" ştammıyla bağlı ən effektiv önləyici tədbir vaksinasiyadır. Bu proses Azərbaycanda hazırda davam etdirilir. Sadəcə əhali peyvəndləmə prosesində daha aktiv iştirak etməli və müəyyən olunmuş qaydalara əməl etməlidir", - infeksionist qeyd edib.

Qeyd edək ki, "omikron" ştammına yoluxan insanlarda halsızlıq, nəbz artması və yüksək temperatur müşahidə olunur.

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun