Tibbi xəbərlər
Azərbaycan Afrika ölkələrinə 100 min doza COVID-19 peyvəndi göndərib
Tibbi xəbərlər
298

Azərbaycan Afrika ölkələrinə 100 min doza COVID-19 peyvəndi göndərib

Türk Dövlətləri Təşkilatının (TDT) xətti ilə Afrika ölkələrinə Türkiyə 200 min doza “Sinovak” peyvəndi, Azərbaycan və Özbəkistan hər biri 100 min doza “Sinovak” peyvəndi, Macarıstan isə 211 min 200 doza “Sinopharm“ peyvəndi göndərib.

E-saglam.az APA-nın yerli bürosuna istinadən bildirir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən peyvəndlər dekabrın 6-da hərbi yük təyyarəsi ilə Afrikanın Burkina-Faso və Toqo dövlətlərinə hədiyyə olaraq çatdırılıb: “Burkina Fasoya 400 min doza “Sinovak”, Toqoya isə 211 min 200 doza “Sinopharm” peyvəndi bağışlanıb”.

Qeyd edək ki, TDT-nin 8-ci Zirvə Toplantısında COVID-19-la mübarizədə beynəlxalq həmrəyliyə verilən əhəmiyyət vurğulanaraq Afrika ölkələrinə peyvənd yardımı ediləcəyi bildirilmişdi.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun