Faydalı
Aydın Salihdən bir əsrlik resept -
Faydalı

Aydın Salihdən bir əsrlik resept - Qaraciyəri ağardıcı kimi təmizləyir

Qaraciyər sağlamlığı ümumi bədən funksiyaları üçün vacibdir.

E-saglam.az xəbər verir ki, təbii təbabət üzrə mütəxəssis Aydın Salih qaraciyəri təmizləməyin orqanizmə müsbət təsir etdiyini vurğulayır. Onun tövsiyə etdiyi üsul 1 həftə ərzində bədəni toksinlərdən təmizləyir və daxili orqanların fəaliyyətini tənzimləyir.

Qaraciyəri təmizləməyə hazırlıq (3-5 gün öncə)

Heyvan mənşəli qidalardan, emal olunmuş məhsullardan və şəkərdən uzaq durun.

Gündə 1-2 stəkan təzə alma şirəsi və ya alma sirkəsi qəbul edin.

Yüngül və təbii qidalar yeyin.

Təmizləmə prosesinin gedişi

  • Təmizlik günü:

    • Səhər yüngül yemək yeyin.

    • 16:00-dan sonra qida qəbul etməyin.

    • 18:00 və 20:00-da Epsom duzu olan su için.

    • 22:00-da zeytun yağı və limon suyu qarışığı qəbul edib yatın.

  • Ertəsi gün:

    • Səhər yenidən Epsom duzu olan içki için.

    • Yüngül səhər yeməyi (tərəvəz şorbası, təbii meyvə şirələri) yeyin.

    • Gün ərzində bol su qəbul edin.

Sonrakı günlərdə nələrə diqqət etməli?

Ağır və emal olunmuş qidalardan uzaq durun.

Bitki çayları və təbii qidalar qəbul edin.

Səhərlər limonlu ilıq su için.

Gün ərzində bol su içməyi unutmayın.

Qeyd: Bu üsul təbii detoks prosesidir, lakin bəzi insanlar üçün uyğun olmaya bilər. Xroniki xəstəlikləri, həzm problemləri və ya öd kisəsində daşı olanlar əvvəlcə həkimlə məsləhətləşməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun