Faydalı
Ayaqqabı qoxusunu necə çıxarmaq olar? -
Faydalı

Ayaqqabı qoxusunu necə çıxarmaq olar? - Sadə, amma effektli üsul

Ayaqqabılardan gələn pis qoxunun əsas səbəbi nəm və bakteriyalardır. Bunun qarşısını almaq üçün müntəzəm təmizlik, düzgün havalandırma və təbii üsullar tövsiyə olunur.

E-saglam.az ayaqqabı qoxusunu aradan qaldırmaq yollarını təqdim edir:

Çörək sodası: Gecə ayaqqabılarınızın içərisinə soda səpməklə qoxuların qarşısını almaq olar. Daha sonra ayaqqabılarınızı silkələyərək qabartma sodasını təmizləyib geyinə bilərsiniz.

Uşaq pudrası: Tərləməni azaldır və qoxunu aradan qaldırır. Ayaqqabı geyinməzdən əvvəl ayağınıza pudra sürtsəniz, bu da qoxunu azaldar.

Çay ağacı yağı: Çay ağacı yağı da ayaqqabı qoxusunu aradan qaldırmağın təbii yoludur. Qoxulu ayaqqabıların içinə bir neçə damcı çay ağacı yağı tökməklə qoxunu aradan qaldıra bilərsiniz. Çay ağacı yağı da sterilizasiya xüsusiyyətinə malik olduğundan ayaqqabıları təmizləməyə kömək edir.

Sirkəli su: Ayaqqabıya bir neçə damcı səpərək həm təmizləyir, həm də qoxunu azaldır.

Yonqar: Bir ovuc yonqarı salfetə büküb bir gün ayaqqabınızın içində qoysanız, qoxunun azaldığını görərsiniz.

Qəhvə: Ayaqqabı qoxusuna qarşı üstünlük verilən üsullardan biri də qəhvədir. Qəhvə qoxu udma xüsusiyyətinə malik olduğundan kiçik bir kisəyə qəhvə doldurub ayaqqabınızın içərisinə qoysanız, qoxunun getdiyini görəcəksiniz.

Qoxunun səbəbi:

Ayaq tərləməsi və bakteriyalar.

Göbələk infeksiyaları.

Qarşısını almaq üçün:

Ayaqları və ayaqqabıları təmiz saxlayın.

Problemlər davam edərsə, həkimə müraciət edin.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun