Tibbi xəbərlər
Avropada immuniteti zəif olan insanlar 4-cü doza peyvənd olunacaqlar
Tibbi xəbərlər
125

Avropada immuniteti zəif olan insanlar 4-cü doza peyvənd olunacaqlar

Avropa Dərman Agentliyi immuniteti zəif olan insanlar üçün COVID-19 peyvəndinin dördüncü dozasına icazə verib.

E-saglam.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə agentliyin sözçüsü Marko Kavaleri bildirib.

Onun sözlərinə görə, hələlik Avropa İttifaqının bütün əhalisi üçün ikinci gücləndirici doza tövsiyə edilmir:

"İmmun sistemi ciddi şəkildə pozulmuş və ya zəifləmiş, artıq üç doza peyvənd almış insanlar üçün ikinci gücləndirici doza mümkündür".

Kavaleri əlavə edib ki, agentlik hələ də qısa fasilələrlə təkrar gücləndiricilərin tətbiqini təhlükəli hesab edir, çünki belə bir sxem gözlənilənlərin əksinə olaraq antikorların sayını azalda və orqanizmin koronavirusun yaratdığı fəsadlara qarşı müdafiəsini zəiflədə bilər. ("Report")

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun