Qidalanma
Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır?
Qidalanma

Arıqlamaq üçün ən yaxşı və doyumlu səhər yeməyi hansıdır? - Mütəxəssisdən AÇIQLAMA

“Arıqlamaq istəyənlər üçün ən yaxşı səhər yeməyi pendirli omlet və avokado ilə tost ola bilər”.

E-saglam.az xəbər verir ki, bu barədə rusiyalı endokrinoloq və qastroenteroloq Dilyara Lebedeva “Doctor Piter” portalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, ən azı altı saat aclıq hiss etməməyə imkan verəcək.

Mütəxəssis həmçinin qeyd edib ki, bu qidalarda kifayət qədər yağ var ki, bu da ödün fəaliyyəti üçün xeyirlidir.

Düzgün səhər yeməyinin əsasında zülallar, kompleks karbohidratlar və faydalı yağlar dayanır. Bu sadalananlar mədədə ağırlıq hiss etmədən oyanmağınıza kömək edəcəklər. Bundan əlavə, nahar vaxtına qədər aclıq hiss etməyəcəksiniz”, - deyə Dilyara Lebedeva bildirib.  

Qastroenteroloq əlavə edib ki, ideal səhər yeməyi üçün bir yumurta, bir-iki dilim pendir, mayasız çörək, avokado, xoşladığınız göyərtilərin yarpaqları, həmçinin toxum və ya qoz-fındıq lazımdır.

Mənbə: NEWS.ru / Oxu.Az

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun