Qidalanma
Arıqlamaq üçün ən yaxşı tərəvəzlər hansılardır?
Qidalanma

Arıqlamaq üçün ən yaxşı tərəvəzlər hansılardır?

Rusiyalı diyetoloq Natalya Puqaçova arıqlamaq istəyənlər üçün pəhrizə daxil edilməli olan tərəvəz və göyərtilərin adını açıqlayıb.

Siyahıya rukkola, aysberq kahısı, soğan, ispanaq, kərəviz və s. daxildir.

Ekspert bu məhsulların lif, fol və askorbin turşuları, kaliumla zəngin olduğunu izah edib. Daha yaxşı həzm olunmaq üçün həkim salatları bitki yağı ilə yeməyi məsləhət görüb.

“Arıqlamaq üçün ideal tərəvəz kələmdir. O, pəhriz lifi, bir sıra vitaminlər, kalsium və maqnezium mənbəyidir. Eyni siyahıya yarpaqları ilə birlikdə çuğunduru da aid etmək olar. Zəncəfil, çili, xardal və sarımsaq da orqanizm üçün faydalıdır. Bununla yanaşı, arıqlamaq istəyənlər pəhrizlərinə xiyarı da daxil etməlidirlər”, - deyə Puqaçova yekunlaşdırıb. /oxu.az

Mənbə: moslenta.ru

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun